SİYASƏT


Azərbaycan Ordusunun bölmələri döyüş atışları keçirir

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq sərt hava şəraiti və müxtəlif relyefli ərazilərdə hərbi qulluqçuların döyüş hazırlığı üzrə praktiki dərsləri keçirilir.Dərslərdən əvvəl təlim sahələrinin rəhbərləri praktiki məşqlərə cəlb olunan şəxsi heyəti təhlükəsizlik qaydaları, atışın şərtləri və digər tələblərlə tanış ediblər.Hərbi qulluqçular şərti düşmən hədəflərinə atıcı silahlardan atəş açır və digər praktiki tapşırıqları icra edirlər.