Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Nargis Book” növbəti buraxılışını Qarabağa həsr edib

30.12.2020 [16:37]

Xəbərin mətni

“Nargis” nəşriyyat evi, Qarabağ mədəniyyətinə və tarixinə həsr olunmuş “Nargis Book” “Karabakh” adlı xüsusi buraxılışı ictimaiyyətə təqdim edib.
AZƏRTAC xəbər verir ki, buraxılışın məqsədi Qarabağın Azərbaycan üçün əhəmiyyətini dünya ictimaiyyətinə çatdırmaq və bu bölgənin tarixi və zəngin mədəni irsindən bəhs etməkdir.