Azərbaycan Dövlət İnformasiya Agentliyi

Doğum gününü sonuncu dəfə Vətən müharibəsində keçirən şəhid Əmral Xəmmədov

02.01.2021 [12:11]

Xəbərin mətni

Vətən müharibəsində dünyaya səs salan qüdrətli ordumuzun igidləri hərb meydanında yeni bir qəhrəmanlıq tarixi yazdılar. Belə qəhrəman oğullarımızdan biri də Əmral Xəmmədovdur. Əmral Xəmmədov döyüşlərdə xüsusi təyinatlı olaraq düşmənə vurulan zərbələrdə şücaət göstərib. Füzuli uğrunda namərd erməni gülləsinə tuş gəlib.