Azərbaycan Dövlət İnformasiya Agentliyi

Paytaxtdakı küçələr növbəti dəfə dezinfeksiya olunub

02.01.2021 [12:32]

Xəbərin mətni

Paytaxtımızda koronavirusla (COVID-19) bağlı mövcud vəziyyət nəzərə alınaraq yanvarın 2-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları 2021-ci ildə birinci, ölkədə əks-pandemiya tədbirlərinin əvvəlindən isə on doqquzuncu dəfə əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirirlər.