Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Türk dünyası: Tarixi - mədəni İrs” atlasının təqdimatı olub

09.01.2021 [10:51]

Xəbərin mətni

Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil edilən "Türk dünyası: Tarixi - mədəni İrs" konfransı çərçivəsində eyniadlı fundamental elmi əsərin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Qazaxıstanın birinci prezidenti -Elbası Nursultan Nazarbayevin “Ön söz”ü ilə nəşr edilmiş fundamental əsərdə məşhur səyyahlar tərəfindən yaradılmış qədim xəritələr, eləcə də əcdadlarımızın zəngin mədəni irsini nümayiş etdirən mühüm məlumatları yer alıb.