Nur-Sultanda "Türk dünyası: Tarixi - mədəni İrs" mövzusunda beynəlxalq konfrans keçirilib
09.01.2021 [11:05]
Xəbərin mətni
Nur-Sultanda Beynəlxalq Türk Akademiyası tərəfindən təşkil edilmiş "Türk dünyası: Tarixi - mədəni İrs" adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunan, dünyanın 20-dən çox ölkəsindən iştirakçıların qatıldığı beynəlxalq konfransda, Qazaxıstandakı diplomatik korpusun təmsilçiləri və səfirlər, tanınmış ictimai-siyasi xadimlər iştirak ediblər.