Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qazaxıstanda Azərbaycanla bağlı kitabların təqdimatı olub

15.01.2021 [16:55]

Xəbərin mətni

Qazaxıstanın paytaxtı Nur-Sultanda türk respublikalarının müstəqilliyinin 30-cu ildönümü çərçivəsində Qarabağa və Azərbaycan Xalq Cümhuriyyətinə dair üç yeni nəşrin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının çap etdiyi "Qarabağ: Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti" kitab-footoalbomu, "İtirilmiş xoşbəxtliyim. Qarabağın gerçək hekayələri" kitabı və “Azərbaycan Xalq Cümhuriyyəti - 100” ensiklopedik nəşri vasitəsilə qazaxıstanlı oxuyucular ölkəmizin qədim və müasir tarixi, mədəniyyəti, Dağlıq Qarabağ münaqişəsi, onun nəticələri barədə geniş məlumatlar əldə edə biləcəklər.