Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsir düşməmək üçün öz gülləsi ilə şəhidlik zirvəsinə ucalan kəşfiyyatçı

16.01.2021 [14:00]

Xəbərin mətni

Vətən müharibəsi zamanı düşmənə ağır zərbələrin vurulmasında şücaət göstərən və əsir düşməmək üçün son gülləsi ilə şəhadətə ucalan şəhid Zamin Rüstəmov. O, sərhədçi kəşfiyyatçı idi. Son döyüş yeri də elə işğaldan azad edilən Vətən sərhədi oldu.AZƏRTAC xəbər verir ki, Rüstəmov Zamin Səxavət oğlu 2000-ci il oktyabrın 17-də Füzuli rayonu Yağlavənd kəndində dünyaya göz açıb.