Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarın intensiv və superintensiv alma bağlarında budama işləri aparılır

19.01.2021 [12:04]

Xəbərin mətni

Qusarın intensiv və superintensiv alma bağlarında ağacların budanması işləri davam etdirilir. Rayonda bu üsulla becərilən alma bağlarının ümumi sahəsi 2 min 495 hektardır.Aqronom Həmid Bayraqdarov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, alma ağaclarının ən yaxşı budanma vaxtı payızda yarpaqlar töküləndən erkən yazda tumurcuqların şişməsinin başlanğıcınadək keçən dövrü əhatə edir.