Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda yenidən qurulan Şəhidlər xiyabanında 276 şəhidin xatirəsi əbədiləşdirilib

19.01.2021 [17:39]

Xəbərin mətni

Xaçmazdakı Şəhidlər xiyabanında abadlıq və yenidənqurma işləri başa çatdırılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tamamilə yenidən qurulan xiyabanda torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canından keçən 276 xaçmazlı şəhidin xatirəsi əbədiləşdirilib. Onlardan 48 nəfəri Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb.