CƏMİYYƏT


Xaricdə təhsil alan tələbələrimiz 20 Yanvar faciəsi ilə əlaqədar videoçarx hazırlayıblar

Xaricdə təhsil alan azərbaycanlı tələbələr 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar videoçarx hazırlayıblar.AZƏRTAC xəbər verir ki, dünyanın 10 ölkəsində çəkilən videoçarx Türkiyənin İstanbul Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Türkiyə Qardaşlıq və Həmrəylik Birliyinin təşəbbüsü ilə hazırlanıb.Videoçarxda 20 Yanvarın Azərbaycanın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə günü kimi tarixə keçdiyi bildirilir.