CƏMİYYƏT


İsmayıllı şəhərində qarın qalınlığı 30, şimal dağlıq ərazilərdə isə 40 santimetrə çatır

İsmayıllıya güclü qar yağıb. Yanvarın 19-u səhər saatlarından başlayan sulu qar sonradan qarla müşahidə olunub. Yağan qarın qalınlığı şəhər ərazisində və cənub ərazilərdə 30, şimal dağlıq ərazilərdə isə 40 santimetrə çatıb. Qarın yağması özünəməxsus gözəllik yaradıb. Meşələrin qarlı mənzərəsi də göz oxşayır. Qar, həmçinin payızlıq taxıl sahələrində zərərvericilərə qarşı əsl dərmandır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yağan qar rayonda su, qaz və rabitə sahəsində elə də ciddi problem yaratmayıb. Elektrik verilişində yaranan kəsilmələr qısa müddətdə bərpa edilib.