SİYASƏT


20 Yanvar şəhidlərinin xatirəsi Parisdə yad edilib

Azərbaycanın Fransadakı səfirliyinin və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə səfirliyin, daimi nümayəndəliyin əməkdaşları, Sen-Klu şəhərinin merinin 1-ci müavini Seqolen dö Larmina, eləcə də bu ölkədəki diaspor üzvləri Paris yaxınlığındakı Sen-Klu qəbiristanlığına gedərək Paris Sülh Konfransının iştirakçısı olmuş Əlimərdan bəy Topçubaşovun və görkəmli ictimai-siyasi xadim Ceyhun Hacıbəylinin məzarlarını ziyarət edib, əklil qoyublar. Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.