CƏMİYYƏT


Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə götürülüb

Kürdəmir sakinindən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonda “Marojna Elxan” ləqəbi ilə tanınan 1975-ci il təvəllüdlü şəhər sakini, əvvəllər məhkum olunmuş Elxan Əlimusa oğlu Eminov saxlanılıb.