Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vaşinqtonda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

23.01.2021 [11:03]

Xəbərin mətni

Yanvarın 22-də Azərbaycanın ABŞ-dakı səfirliyində 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, ABŞ-da yaşayan azərbaycanlı fəallar və səfirliyin əməkdaşları tədbirdə iştirak ediblər.Əvvəlcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqə sükutla yad olunub.