MƏDƏNİYYƏT


Alim Qasımov: Heydər Əliyev Sarayının səhnəsi mənim üçün çox əziz və tarixi səhnədir

Heydər Əliyev Sarayının “Tarixi səhnə” layihəsinin növbəti qonağı Xalq artisti Alim Qasımov olub.Bu barədə AZƏRTAC-a Heydər Əliyev Sarayından bildirilib.
Xalq artisti Alim Qasımov müsahibəsində qeyd edib ki, Heydər Əliyev Sarayında çox böyük mədəniyyət və incəsənət xadimləri çıxış edib. Azərbaycan xalqının ən gözəl tədbirləri burada keçirilib və xalq bu tədbirlərdən hər zaman böyük zövq alıb: “Bu səhnə tarixi səhnədir. Bu səhnədə çıxış etmək heç də asan deyil. Çox şadam ki, mənim də yaradıcılığımın ən yaxşı illərində imtahan verdiyim konsertlər məhz bu sarayda olub və xalqımız sağ olsun ki, məni tək buraxmayıblar. Mənim üçün bu səhnə çox əzizdir”.