Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şamaxıda palçıq vulkanı püskürüb

24.01.2021 [14:12]

Xəbərin mətni

Yanvarın 23-də saat 19:30 radələrində Şamaxı rayonunun Quşçu kəndi ərazisində palçıq vulkanı püskürüb.Rayon fövqəladə hallar komissiyasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, püskürmə kəndin 500 metrliyində qeydə alınıb. Yerli sakinlər püskürmədən əvvəl ərazidə güclü uğultu səsi eşidiblər. Təqribən 5 dəqiqə ərzində yerin dərinliyindən çıxan lava 3 hektar ərazidə torpağın üz səthinə yayılıb. Bu ərazi 8 kənd sakininin payızlıq əkin sahəsi olub.