Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ağstafa rayon sakinindən narkotik vasitə götürülüb

25.01.2021 [14:37]

Xəbərin mətni

Ağstafa Rayon Polis Şöbəsinin, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsinin və Böyük Kəsik Sərhəd Nəzarət Şöbəsinin əməkdaşlarının birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sadiqli kənd sakini Seymur Namazov saxlanılıb.