MƏDƏNİYYƏT


Gövhər ağa məscidinin maketini düzəldən gənc dekorçu əl işini elə Şuşaya hədiyyə edəcək

Tovuz rayon sakini Anar İsmayılov dekorativ tətbiqi incəsənətlə məşğuldur. O, 2016-cı ildən bu sahədə çalışır.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsinin davam etdiyi vaxtlarda hazırladığı əl işindən biri Gövhər ağa məscididir. Bu əsəri ağ, qırmızı və qara rəngli lobyalardan hazırlayıb. Əl işində lobyadan başqa, qarğıdalı dənlərindən də istifadə edilib. Maketin dam örtüyü şam qozaları ilə işlənilib. İçərisinə isə xalça hissələrindən bəzək vurulub.