Azərbaycan Dövlət İnformasiya Agentliyi

Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndinin videogörüntülərini paylaşıb

25.01.2021 [20:15]

Xəbərin mətni

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad edilmiş Dövlətyarlı kəndinin videogörüntülərini yayıb.
Dövlətyarlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu noyabrın 9-da kəndi işğaldan azad edib.