Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranlı fermerlər intensiv üzüm bağlarında budama işləri aparırlar

29.01.2021 [13:51]

Xəbərin mətni

Şabranlı fermerlər intensiv üsulla becərilən üzümçülük təsərrüfatlarında budama işlərini fevral ayında başa çatdıracaqlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Ağbaş kəndində fərdi sahibkara məxsus 135 hektara yaxın sahədə üzümün 10-dan çox sortu becərilir. İntensiv formada qulluq edilən üzümçülük təsərrüfatında şərabçılıq üçün vacib olan texniki üzüm sortlarına üstünlük verilib.