Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şabranda meşədə ağacları kəsən 4 nəfər saxlanılıb

02.02.2021 [14:30]

Xəbərin mətni

Şabranda meşə fonduna aid ağacları kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Qorğan kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən R.Əmrullayev, S.Ağayev, H.Quliyev və Q.İsmiyevi saxlayıb.