Azərbaycan Dövlət İnformasiya Agentliyi

İraqın şimalındakı aparılan “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb

14.02.2021 [14:29]

Xəbərin mətni

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalındakı Qara bölgəsində apardığı “Pəncə Qartal-2” antiterror əməliyyatı başa çatıb.AZƏRTAC xəbər verir ki, bunu əməliyyat mərkəzini ziyarət edərkən Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.Qeyd edilib ki, əməliyyat zamanı 3-ü terror təşkilatının lideri olmaqla, ümumilikdə 48 terrorçu məhv edilib, 2 nəfər isə sağ ələ keçirilib. Bu müddət ərzində PKK-nın hücumları nəticəsində 13 dinc sakin və Türkiyə Silahlı Qüvvələrinin 3 hərbçisi həlak olub, 3 hərbçi isə yaralanıb.