Azərbaycan Dövlət İnformasiya Agentliyi

Minaatan batareyaları döyüş atışları icra edir

17.02.2021 [18:19]

Xəbərin mətni

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq təlim mərkəzləri və poliqonlarda minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri keçirilir.Şəxsi heyət ərazidə açılma və atəş mövqelərinin tutulması, hədəflərin aşkar edilməsi, atəşin korrektə edilməsi, eləcə də atəş mövqelərinin çevik dəyişdirilməsi üzrə normativləri yerinə yetirir.Hərbi qulluqçular həmçinin müxtəlif məsafələrdə yerləşən hədəflərin minaatanlardan vurulması üzrə tapşırıqları yerinə yetirir.Təlim məşqləri davam edir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI