DÜNYA


Rusiyada fabrikdə baş verən dağıntılar nəticəsində 3 nəfər ölüb

Rusiyanın Krasnoyarsk vilayətindəki Norilsk dağ-mədən emalı fabrikində dağıntılar baş verib.
AZƏRTAC xəbər verir ki, Rusiya Təhqiqat Komitəsi hadisənin baş verməsində təqsirli bilinən zavodun baş mühəndisi və daha iki məsul şəxsi saxlayıb. Hadisə nəticəsində 3 fəhlə həlak olub, daha 5 nəfərin vəziyyəti isə ağırdır. Fevralın 22-də Norilsk şəhərində matəm elan olunacağı bildirilir.