MƏDƏNİYYƏT


UNESCO-da “Ana Dili Günü” münasibəti ilə virtual tədbir keçirilib

Banqladeşin Fransadakı Səfirliyinin təşəbbüsü, bu səfirliyin və UNESCO-nun Katibliyinin birgə təşkilatçılığı ilə qurumun baş qərargahında “Beynəlxalq Ana Dili Günü” qeyd edilib.AZƏRTAC xəbər verir ki, “Ana Dili Günü” virtual tədbirində Azərbaycan da daxil olmaqla, UNESCO-ya üzv 28 ölkə iştirak edib. Əvvəlcə Banqladeşin Fransadakı səfiri və UNESCO yanında daimi nümayəndəsi Kazi İmtiaz Hossain və UNESCO baş direktorunun təhsil üzrə müavini Stefania Cianni çıxış edərək, ana dili haqqında, təhsil və bu gün COVID -19 pandemiyasının təhsilə mənfi təsirlərindən söz açıblar. Sonra ölkələrin “Ana Dili Günü” münasibəti ilə hazıraladıqları videolar yayımlanıb.