CƏMİYYƏT


Rotterdamda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş sərginin açılışı olub

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Rotterdam şəhərində Xocalı soyqırımının 29-cu ildönümünə həsr edilmiş sərginin açılışı olub.AZƏRTAC xəbər verir ki, sərgi Rotterdamın mərkəzində BAK-ın qərərgahında təşkil olunub. Sərgidə Azərbaycan Respublikasının Niderlanddakı Səfirliyinə məxsus Xocalı soyqırımını əks etdirən fotomateriallar, Rotterdam həftəsonu məktəbinin şagirdləri və Haarlemdəki "Körpə fidanlar" teatrının uşaqları tərəfindən Xocalı soyqırımı ilə bağlı çəkilən rəsmlər, eləcə də Niderlandda yaşayan soydaşlarımız- Vəfa Rüstəmova və Rasim Hüseynovun Xocalı qətlyamını əks etdirən əsərləri sərgidə nümayiş olunur.