CƏMİYYƏT


Bakıda yolların təmizlənməsi bütün gecə ərzində davam edəcək

Bu gün axşam və gecə saatlarında Bakı Şəhər İcra Hakimiyyətinin kommunal strukturları və aidiyyəti qurumlar intensiv yağan qarın küçə, prospekt və piyada səkilərindən təmizlənməsi üçün xüsusi, gücləndirilmiş iş rejimində çalışmışlar.
İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz və kimyəvi maddələrin səpilməsi davam etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır