CƏMİYYƏT


Xocalı soyqırımı qurbanlarının xatirəsi Münhen şəhərində yad edilib

Münhen Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirdiyi tədbirlər başa çatıb. Münhen şəhərində yerləşən Azərbaycan evində keçirilən son tədbirdə azərbaycanlılardan başqa müxtəlif millətlərin nümayəndələri də iştirak ediblər. Azərbaycan evinin rəhbəri Səttar Kərimov tədbirdə Xocalı soyqırımı haqqında məlumat verib. Eyni zamanda, mərkəzin adından Bavariya parlamentinə Xocalı soyqırımının parlament tərəfindən tanınması ilə bağlı müraciət məktubu yazılıb. Eyni məktub Bundestaqa, insan hüquqları üzrə Avropa və alman təşkilatlarına da göndərilib.