SİYASƏT


“France 24” kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb

“France 24” televiziya kanalında Xocalı soyqırımı ilə bağlı veriliş yayımlanıb.
Verilişdə bildirilib ki, Ermənistan İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra problemlərlə üzləşdiyi və çalxalandığı bir vaxtda Azərbaycan 1990-cı illərin əvvəlində Birinci Qarabağ müharibəsi zamanı erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş qətliamın 29-cu ildönümünü qeyd edir. Düşmən üzərində qələbədən sonra qətliam qurbanlarının xatirəsinin anımı xüsusi məna daşıyır.