CƏMİYYƏT


Litva mediası Xocalı soyqırımından yazıb

Litvada böyük oxucu kütləsinə malik “Alkas” xəbər portalında “Azərbaycanda Xocalı faciəsinin ildönümü qeyd edilir” sərlövhəli məqalə yerləşdirilib.AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu göstərilib, Ermənistanın ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələri barədə bəhs edilib, soyqırımının insanlığa sığmayan hərəkət olduğu vurğulanıb.