SİYASƏT


Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü qeyd olunub

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yaradılmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib.Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi, general-mayor Füzuli Salahov çıxış edərək, məktəbin 103 illik tarixi və şərəfli yol keçdiyini bildirib. Müsəlman korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin Milli Hərbiyə Məktəbinin açılması üçün müraciətindən sonra Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il martın 1-də Milli Hərbiyə Məktəbi yaradılıb. Tarixin bütün dönəmlərində uğurla fəaliyyət göstərən bu təhsil ocağının Azərbaycan hərb tarixində xüsusi yeri və rolu vardır.