DÜNYA


Pekin sakinlərinin təxminən 25 faizinə COVID-19 peyvəndi vurulub

Çin paytaxtı Pekində COVID-19 infeksiyasına qarşı vaksinasiya proqramı çərçivəsində 5 milyondan çox nəfərə peyvənd vurulub.
AZƏRTAC Pekin şəhər hökumətinin məlumatına istinadla xəbər verir ki, peyvənd olunanların 2,64 milyon nəfəri 2 doza, qalanları isə bir doza vaksin qəbul edənlərdir. Təxminən 21 milyon əhalisi olan Pekində peyvənd vurulanların əsas hissəsi risk qrupundan olanlardır. Bundan başqa, vaksinasiya proqramına uyğun olaraq, əvvəlcədən müraciət etməklə könüllü qaydada peyvəndləmə də aparılır. Müraciət edənlərin sayında isə artım dinamikası müşahidə olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır