MƏDƏNİYYƏT


Dən dağılıb dağ olsun, Yel babamız sağ olsun – Ağstafadan reportaj

Ta qədimdən bəri təbiətdəki dəyişikliyi, fəsillərin bir-birini əvəz etməsini insanlar bayram kimi qeyd ediblər. Xüsusən də yazın gəlişi ilin yenilənməsi, yeni əhval-ruhiyyənin başlanğıcı, təbiətin oyanışı kimi daha təmtəraqlı keçirilib. Novruzun gəlişinin xəbərçiləri olan çərşənbələr də el şənliyi ilə qeyd edilib. Belə çərşənbələrdən biri də Yel çərşənbəsidir.