Şəhid Davudun anasına son sözləri: “Ana, müharibədə şəhid olsam, mənimlə fəxr edərsən”
11.03.2021 [12:17]
Xəbərin mətni
Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən Davud Hacıyev Vətən müharibəsi başlayanda cəbhəyə könüllü yollanaraq, düşmənə göz açmağa imkan verməyən igidlərimizdən biridir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Davud Hacıyev 1998-ci ildə Xaçmaz şəhərində anadan olub. Ürəyi Vətən eşqi ilə döyünən Davud təhsilini bitirdikdən sonra 2016-cı ildə hərbi xidmətə yollanıb. Xidmətini başa vursa da, Vətən müharibəsi başlayanda cəbhəyə yollanan ilk könüllülərdən olub.