Zəngilanın İçəri Müşlan kəndindən videogörüntülər
25.03.2021 [11:05]
Xəbərin mətni
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Zəngilan rayonunun işğaldan azad edilmiş İçəri Müşlan kəndinin videogörüntülərini paylaşıb.AZƏRTAC Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.İçəri Müşlan kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İkinci Qarabağ müharibəsində düşmənə sarsıdıcı zərbə vuran Azərbaycan Ordusu oktyabrın 21-də kəndi işğaldan azad edib.