SİYASƏT


Müdafiə naziri bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsini tələb edib

Martın 29-da Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə yerləşən birlik və birləşmə komandirləri, o cümlədən digər məsul zabitlərin də cəlb olunması ilə xidməti müşavirə keçirilib.