Gözəl təbiət mənzərələri və qədim abidələr Xocavənddə turizmin inkişafına təkan verəcək
02.04.2021 [11:35]
Xəbərin mətni
Prezident İlham Əliyev Qarabağın turizm potensialından danışarkən deyib: “Qarabağ bölgəsinin çox zəngin, füsunkar, təkrarolunmaz təbiəti və tarixi abidələri var, əminəm, Azərbaycanın əsas turizm zonasının birinə çevriləcək”.Bəli, işğaldan azad olunmuş Qarabağ böyük turizm potensialına malikdir. Düşmən bu yerləri darmadağın etsə də, tarixi izlərimizi silə bilməyib.