CƏMİYYƏT


Kürdəmirdə karantin rejimini pozan şəxslər cərimələniblər

Kürdəmirdə rayon polis şöbəsinin əməkdaşları təhlükəli infeksiyanın yayılma təhlükəsi ilə əlaqədar hazırda gücləndirilmiş iş rejimində çalışırlar. Belə ki, şöbənin əməkdaşları gün ərzində istər rayon mərkəzində, istərsə də kəndlərdə mütəmadi reydlər keçirirlər. Bu reydlər əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda, bazarlarda olur. Ötən gün keçirilən növbəti reyd zamanı polis əməkdaşları karantin rejimini pozan və tibbi maskadan istifadə etməyən 15 nəfər rayon sakini İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə olunub.