MƏDƏNİYYƏT


Nigerdə Qarabağ şəhidlərinin xatirəsinə içməli su quyusu istifadəyə verilib

Nigerin Es-Siti bölgəsində “Qarabağ şəhidləri"nin xatirəsi ehtiramla anılır. İçməli su problemi yaşayan bu Afrika ölkəsində “Qarabağ şəhidləri” adlı içməli su quyusu istifadəyə verilib.
AZƏTRAC xəbər verir ki, bu haqda Niderlandda fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın məlumat verib. Bildirib ki, su quyusu Niderland “Əhlibeyt Kültür Mərkəzi” tərəfindən reallaşdırılıb. “Əhlibeyt Kültür Mərkəzi”nin rəhbəri Hüseyn Akardinin səyləri nəticəsində reallaşmış bu layihə "Qarabağ şəhidlərinin" ruhunun Nigerdə də daima anılması məqsədi daşıyır.