İmişlidə qadının oğurlanan çantasından narkotik çıxdı
07.04.2021 [13:42]
Xəbərin mətni
İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Güluzə Şahverənova RPŞ-yə müraciət edərək içərisində 2500 manat pul, 1 cüt qızıl sırğa, 1 ədəd qızıl üzük və şəxsiyyət vəsiqəsinin olduğu çantanın naməlum şəxslər tərəfindən qaçırıldığı barədə məlumat verib.