CƏMİYYƏT


Sumqayıtda yaşayış yerini tərk edən 3 koronavirus xəstəsinə cinayət işi başlanılıb

Sumqayıt şəhərində koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar.
AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aprelin 9-da şəhər ərazisində 6 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilib.
Polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə həmin şəxslər yaşadıqları evə qaytarılıblar, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.