SİYASƏT


Hərbi polisin yaranmasının 29-cu ildönümü qeyd edilir

Müdafiə Nazirliyinin hərbi polisinin yaranmasının 29-cu ildönümü qeyd olunur. 1992-ci ildə Müdafiə nazirinin əmri ilə yaradılan bu qurum çətin və şərəfli yol keçib. Hərbi polisin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığı zamanı əsas səylər dövlətin və xalqın mənafeyinin müdafiəsinə, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasına, qarşıya qoyulan tapşırıqların istənilən şəraitdə yerinə yetirilmə əzminin yüksək səviyyədə saxlanılmasına yönəldilib.