Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tovuzda toy mərasimi keçirilməsinin qarşısı alınıb

12.04.2021 [12:03]

Xəbərin mətni

Tovuzda toy mərasimi keçirilməsinin qarşısı alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, Tovuz rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində toy mərasiminin keçiriləcəyi barədə məlumat daxil olub. Polis əməkdaşları mərasimin keçirilməsinin qarşısını alıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb.Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 200 manat miqdarında cərimələniblər.