CƏMİYYƏT


Topçu Vüsal Şahkərimov Vətən müharibəsindən sonra ailəsi ilə görüşüb

Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən topçu Vüsal Şahkərimov Vətən müharibəsindən sonra ailəsi ilə görüşüb.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda Azərbaycan Ordusunda xidmətini davam etdirən əsgər Vüsal Şahkərimov məzuniyyətə buraxılıb.Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Arif Məmmədov adına Qusarçay tam orta məktəbini bitirdikdən sonra, 2019-cu ilin iyul ayında hərbi xidmətə yollanıb.