Azərbaycan Dövlət İnformasiya Agentliyi

Düşmənin tanklarını qənimət götürən şəhid Orxan Balayevi tanıyaq

15.04.2021 [18:17]

Xəbərin mətni

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Orxan Vidadi oğlu Balayev 1998-ci ildə Qubanın Alpan kəndində dünyaya göz açıb. İki bacının tək qardaşı yeniyetmə yaşlarından hərbçi olmağı arzulayırdı. 2018-ci ildə əsgərliyini bitirdikdən sonra Orxan üç aylıq gizirlik kursunu uğurla keçərək Vətənə xidmətini davam etdirib.