CƏMİYYƏT


Polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı dövriyyədən 68 kiloqram narkotik vasitə çıxarılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop tərkibli dərmanların ölkə ərazisində yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir. Belə ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən əldə edilən əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Orxan Səfərov saxlanılıb. Ondan 1 kiloqramdan artıq heroin, 103 qram metamfetamin, eləcə də, narkotik vasitələrin onlayn satışı zamanı istifadə etdiyi 1 ədəd plastik kart götürülüb.