CƏMİYYƏT


“Əsgərlərimiz anamın və qızımın qisasını aldı” - ermənilərin öldürdüyü azyaşlı Zəhranın atası Alxanlıdan reportaj

Alxanlı Füzulinin ən böyük kəndlərindən biridir. Erməni təcavüzü nəticəsində kəndin təxminən 30 faizi düşmən tapdağı altında idi. Bu illər ərzində erməni vandalları yaşayış məntəqəsini daim atəş altında saxlayır, sakinlərə məxsus mal-qaranı, texnikaları, əkin sahələrini yararsız hala salırdılar. Ən dəhşətli hadisə isə 2017-ci ilin iyulun 4-də yaşanmışdı. Kəndi ağır artilleriya atəşinə tutan ermənilər yaş yarımında olan Zəhranı və nənəsini öldürmüşdülər.AZƏRTAC-ın müxbiri Alxanlı kəndində olub, sakinlərlə söhbət edib, minatəmizləmə əməliyyatlarını izləyib.