CƏMİYYƏT


Polis Şirvanda xüsusi əməliyyat keçirdi

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin yayılmasının qarşının alınması istiqamətində mübarizə tədbirləri davam etdirilir. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Şirvan şəhərində xüsusi əməliyyat həyata keçirilib. Əməliyyat nəticəsində Şirvan və ətraf rayonlarda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb.