CƏMİYYƏT


Avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan sürücülərə qarşı tədbirlər davam etdirilir

Avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan sürücülərə qarşı tədbirlər davam etdirilir Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) əməkdaşları şəhər ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülərə qarşı tədbirlərini davam etdirir. Reyd zamanı polis əməkdaşları sürücülərlə profilaktiki söhbətlər apararaq şəhər ərazisində qanunla müəyyən edilmiş sürət həddində hərəkət etməyi, avtomobillər arası ara məsafəsinin saxlanılması, dayanma-durma və digər zəruri qanunlara riayət etdilməsi barədə tövsiyələr verib. Bundan başqa avtomobildə konstruksiya dəyişikliyi aşkar edilən sürücülər barəsində də qanunamüvafiq tədbir görülüb.